Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:38

Koçaryan hazırkı hakimiyyəti tənqid edib


Robert Koçaryan
Robert Koçaryan
Ermənistanın ikinci prezidenti Robert Koçaryan hazırkı hakimiyyətin iqtisadi siyasətini tənqid atəşinə tutub və bildirib ki, onun hakimiyyəti dövründə iqtisadi göstəricilər daha yüksək idi.

Lakin müxalifət nümayəndəsi olan keçmiş baş nazir Hrant Baqratyan onun gətirdiyi arqumentlərlə razı deyil.

«BÖHRANA UĞURLU İLLƏRDƏ HAZIRLAŞMALI»

«Bəli, vaxtaşırı böhranlar olur və bunu dərk edərək uğurlu illərdə hazırlaşmaq lazımdır. Hazırlaşmaq isə iqtisadi yüksəlişi dayandırmaqla yox, ehtiyatlar formalaşdırmaqla, dövlət borclarını və büdcə kəsirlərini azaltmaqla lazımdır. Və biz bunu etdik» deyə Robert Koçaryan «Mediamaks» agentliyinə bildirib.

«1998-2008-ci illərdə xarici borclar ümumdaxili gəlirlərə nisbətən 46 faizdən 13 faizədək enmişdi. Büdcə kəsirləri mənim hakimiyyətimin son illərində 2 faizdən az idi. Orta illik infilyasiya 12-14 faizlik iqtisadi yüksəlişin fonunda 2-4 faiz təşkil edirdi. 2008-ci ilin əvvəlində, təkcə maliyyə nazirliyinin hesablarında qalan qalıq 100 milyard dram təşkil edirdi. İdeal makroiqtisadiyyat ondan xəbər verir ki, ölkə «qara gün» üçün vəsait toplayaraq qazandığından az xərcləyirdi».

Koçaryan hesab edir ki, məhz bu hal hazırki hakimiyyətə «ehtiyatları xərcləməyə və böhrandan çıxmaq üçün yeni kreditlər götürməyə» şərait yaradıb.

Koçaryan iqtisadiyyatdakı kəskin enmənin onun hakimiyyəti dövründə gedən yüksək templi tikintilərlə əlaqədar olması sualına da cavab verib. O qeyd edib ki, «ölkədə yaşayış evlərinə, ofis və ticarət obyektlərinə böyük ehtiyac var»

Hrant Baqratyan
«Daşınmaz əmlaka olan tələbatı qoruyub saxlamaq üçün gücləri birləşdirmək lazımdır. Hesab edirəm ki, hökumətdə bu anlayış artıq mövcuddur».

«KOÇARYANIN TİKDİRDİYİ EVLƏR SATILMAYIB»

Müxalif «Ermənistan milli konqresinin» üzvü Hrant Baqratyan AzadlıqRadiosuna verdiyi müsahibədə bildirib ki, Koçaryanın gətirdiyi rəqəmlər «həqiqətə uyğun deyil»:

«Koçaryan bildirir ki, xarici borc 46 faizdən 13 faizədək enib. Cənab Koçaryan başa düşürmü ki, bu müddət ərzində dram bahalaşıb, 1 ABŞ dolları 595-dən 300 drama enib. Başqa sözlə desək, adıçəkilən faiz enməsi yalnız cinayətkar «dram möhkəmləndirilməsi» siyasəti nəticəsində əldə edilib».

İkinci prezidentin hakimiyyəti dövründə həyata keçirilən tikintilərə gəlincə isə, keçmiş baş nazir hesab edir ki, «Robert Koçaryan və bir qrup adam bu tikintilər nəticəsində hədsiz gəlir əldə ediblər» və «bu mənzillərin çoxu heç satılmayıb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG