Keçid linkləri

Təcili xəbərlər
2023, 01 İyun, Cümə axşamı, Bakı vaxtı 17:26

PEN/Folkner mükafatının qalibi elan edildi


Şerman Aleksi
Amerikanın ən nüfuzlu ədəbi mükafatlarından biri - nəsr üçün PEN/Folkner mükafatı bu il - “Savaş rəqsləri” qısa hekayələr toplusuna görə Amerika yazıçısı Şerman Aleksiyə verilib.

Mükafatın dəyəri 15 min dollardır.

Əslən Spokane/Coeur d'Alene hindilərindən olan 44 yaşlı Şerman Aleksinin mükafata layiq görülən hekayələri valideynlikdən tutmuş 11 sentyabr terror aktlarına qədər müxtəlif mövzulara həsr edilib.

PEN/Folkner mükafatını 1981-ci ildə PEN/Folkner Fondu təsis edib.

1949-cu ildə görkəmli Amerika yazıçısı Uilyam Folkner öz Nobel mükafatını “gənc nasirləri dəstəkləmək üçün fondun yaradılması”na ayrmışdı.

Şerman Aleksi 2007-ci ildə “Yarımştat hindlinin xalis həqiqət olan gündəliyi” əsərinə görə Amerikada gənc yazarlar üçün Milli Kitab Mükafatına da layiq görülüb.
XS
SM
MD
LG