Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Azərbaycan rəsmisi Sarkisyanı günahlandırıb


“Azərbaycanın beynəlxalq hüquq mexanizmlərindən istifadə edərək öz ərazi bütövlüyünü təmin etmək hüququ var.”

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib.

Ermənistan prezidenti Serj Sarkisyanın son bəyanatına münasibət bildirən Poluxov deyib ki, Ermənistan prezidenti öz çıxışlarında danışıqlarda müzakirə olunan prinsiplərin birini səsləndirir, digərlərini isə unudur.

Nazirliyin sözçücü danışıqların dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, hərbi qüvvədən istifadə etməmək və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri əsasında aparıldığını bildirib.

Sitat: “Azərbaycanın ərazi bütövlüyü sual altında qala bilməz və öz müqəddəratını təyinetmə hüququ yalnız ərazi bütövlüyü çərçivəsində reallaşa bilər.
Bu prinsipi həyata keçirmək üçün Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisindən çıxmalıdır və işğalçı qüvvələr çıxarılan kimi, hərbi ritorikanın mənası artıq itir”.

Ermənistan prezidenti Serj Sarkisyan bu günlərdə "Evronews" kanalına müsahibəsində bildirib ki, Azərbaycana güc tətbiq etməmək barədə saziş imzalamağı təklif etmək fikrindədir.





XS
SM
MD
LG