Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:23

Əli Əhmədov müxalifəti xarici qüvvələrlə əlaqədə suçlayır


«Bəzi müxalifət partiyaları ölkədən kənarda fəaliyyət göstərən və ölkənin daxili işlərinə müdaxilə etmək fürsəti güdən qüvvələrlə əlaqə yaradırlar».

Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov partiyanın saytına verdiyi müsahibəsində deyib.

O, Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyalarının belə bir taktikanı seçmələrindən təəssüf hissi keçirdiyini bildirib:

«Milli maraqlara xidmət göstərməyi öz qarşısına məqsəd qoymayan partiyalar xarici qüvvələrlə əlaqəyə girdiklərinə görə onların sifarişlərini yerinə yetirmək məcburiyyətində qalırlar. Bunu müxalifətin içərisində olan bir sıra təmsilçilər də təsdiq etməyə başlayıblar».

Əli Əhmədov deyib ki, Azərbaycan ictimaiyyəti müxalifətin içərisindən gələn bu cür siqnallara ciddi reaksiya verməlidir, onlar ölkənin daxili işlərinə qarışmaq niyyətində olan xarici qüvvələrin və güclərin maraqlarına oynamaqla Azərbaycanın mili və dövlətçilik maraqlarının əksinə fəaliyyət göstərmiş olurlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG