Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:13

Hacıqabulda yeni məktəb binası tikilir


Hacıqabulun Qarasu kəndində inşa olunan məktəbin yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Təhsil Nazirliyindən verilən məlumata görə, 640 yerlik yeni məktəbin 27 sinif otağı, kompüter kabineti, idman zalı, kitabxana və yeməkxana otaqları tam müasir standartlara cavab verir. Məktəb ayrıca elektrik yarımstansiyası və istilik sistemi ilə təmin ediləcək.

Qarasuda yerləşən məktəbin əvvəlki binası ötən il yanğın nəticəsində tamamilə yararsız hala düşüb. Şagirdlər müvəqqəti olaraq yaxın ərazilərdəki məktəblərə gedirlər.
XS
SM
MD
LG