Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:43

Amerika prezidenti ilə İsrailin baş naziri görüşüb


İsrailin baş naziri Benjamin Netanyahu Amerika prezidenti Barak Obama ilə görüşmək üçün Ağ Evə gedib. İsrailin Şərqi Qüdsdə yəhudi qəsəbələrini genişləndirməklə bağlı planlarından sonra iki ölkə arasında münasibətlər gərginləşib.

Görüş zamanı fotoqrafların şəkil çəkməsinə imkan yaradılmayıb, Obama və Netanyahu jurnalistlərə də hər hansı açıqlama verməyib. Rəsmi məlumata görə, görüş dünən axşam 90 dəqiqə çəkib.

Obama ilə görüşdən öncə ABŞ konqres liderləri ilə danışıqlar zamanı Netanyahu bildirib ki, Fələstinlə sülh danışıqlarına yekun vurulması gələn ilə kimi ləngiyə bilər, çünki fələstinlilər İsraildən qəsəbə salmaq planlarını tam dondurmağı tələb edir.
XS
SM
MD
LG