Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:33

Britaniya saxta pasport qalmaqalına görə, İsrail diplomatını ölkədən çıxarır


Britaniya Həmas liderinin təlimi vaxtı İngilis pasportlarından istifadə qalmaqalı üzündən İsrail diplomatını ölkədən çıxaracaq. Britani Xarici İşlər Naziri Devid Milibənd martın 23-də, faktla bağlı xüsusi araşdırma aparan ölkə parlamentində belə deyib.

Milibənd diplomatın adını açıqlamasa da, bildirib ki, bu addım Britaniyanın pasportlarla bağlı qalmaqala necə ciddi yanaşdığını göstərir. Mİlibən onu da deyib ki, Britaniya hökumətinin bu hadisədə İsrailin əli omasına inanması üçün yetərincə əsası var.

Dubay polisi Həmas liderlərindən biri – Mahmud Əl Mahbuhun Yanvarda qətlində İsrail xüsusi-xidmət orqanlarının əli olduğunu iddia edir.
Polis qatillərin səyahət edərəkən bir sıra dünya ölkələrinin pasportlarından – o cümlədən 12 Britaniya pasportundan istifadə etdiyi bildirilmişdi.

Bunu, pasportlardan sahiblərindən xəbərsiz şəkildə istifadəsi və ya oğurlanması kimi qiymətləndirən Avropa Birliyi və bir çox ölkələr buna ciddi etirazını bildirib. İsrail isə qətldə əli olmadığını iddia edir.
XS
SM
MD
LG