Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 22:07

Prezident yeni növ demokratiya qurmağı təklif edir


Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin fikrincə ölkədəki qərb modelli demokratiyanı gözdən keçirməyin vaxtı çatıb. Cəmiyyətdəki nüfuzlu qrupların maraqlarını nəzərə alan “məşvərətçi demokratiya”nın qurulmasına və fərdi insane haqlarının da yenidən gözdən keçirilməsinə ehtiyac var.

Bakiyev bu sözləri Bişkekdə keçirilən qeyri-rəsmi xalq qurultayda səsləndirib.

Bu arada isə ölkədə zanbaq inqilabının 5-ci ildönümü ərəfəsində polislə-müxalifət tərəfdarları arasında toqquşmalar olub. Paytaxt Bişkekdə prezident Kurmanbek Bakiyevin hakimiyyətinə etiraz edən 30-a yaxın müxalifət fəalı tutulub. Digər şəhərlərdə də polis müxalifətin etirazlarını dağıdıb, azı 60 nəfər həbs edilib.

Fevralın 24-də Qırğızıstanda Askar Akayevin devrilməsinin 5-ci ildönümüdür. Müxalifət Akayevin yerinə gələn Bakiyevi demokrati kvədlərə sadiq qalmamaqda, müxstəqil medianı bağlamaqda, seçkiləri saxtalaşdırmaqda ittiham edir.
XS
SM
MD
LG