Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 21:58

Şindlerin siyahısını 2 milyon dollara satdılar


1200 yəhudini ölümdən xilas etmiş "Şindler siyahısı"nın nüsxələrindən biri Amerikadakı hərracda 2,2 milyon dollara satılıb. (Frans-press)

Sənədi alan şəxsin adı açıqlanmır.

Tarixi sənədlər üzrə ekspert Qari Zimet agentliyə deyib ki, bu, siyahının bu günümüzə gəlib çıxan 4 nüsxəsindən biridir və özəl kolleksiyada olan yeganə nüsxədir:

“Bu, 2-ci Dünya Müharibəsinə aid ən vacib sənədlərdən biridir”.

Siyahı 12 səhifədən ibarətdir və onu Şindlerlə mühasibi İsxak Ştern 1945-ci ilin 18 aprelində tərtib ediblər.

Siyahıdakı 801 kişi haqqında məlumata onların peşəsi və doğum tarixləri haqda qeydlər də daxildir.

Şindlerin siyahısının 7 müxtəlif versiyası mövcud olub, onlardan indiyəcən 4-ü qalıb.

Onlardan biri Amerikadakı Xolokost Muzeyində saxlanır, ikincisi Almaniyanın Federal Arxivində, üçüncüsü isə İsrailin Yad va-Şem muzeyində.

Alman sahibkar Oskar Şindler 2-ci Dünya Müharibəsi zamanı nasistlərin yəhudilərə qarşı törətdiyi vəhşilikləri görəndən sonra humanizm mövqeyi tutmuşdu.

O, yüksək vəzifəli nasist çinovniklərini ona öz müəssisələrində ölüm düşərgələrində saxlanan yəhudiləri işə götürmək icazəsi ala bilmişdi.

Şindlerin Polşada və Çexiyada yerləşən müəssisələrində işə götürdüyü 1,2 min yəhudi beləcə ölümdən xilas olmuşdu.

Onlardan 300-ü qadın, 100-ü isə uşaq idi.
XS
SM
MD
LG