Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:01

AŞPA həmməruzəçiləri son əfv fərmanını alqışlayır


Avropa Şurası Parlament Asambleyasının (AŞPA) üç məruzəçisi prezident İlham Əliyevin 70 məhbusun, o cümlədən Azaqlıq qəzetinin baş redaktoru Qənimət Zahidin əfv edilməsi qərarını alqışlayır.

Bununla belə həmməruzəçilər Eynulla Fətullayevin əfv olunanlar arasında olmadığından təəssüflənirlər.

Bu barədə AŞPA-nın internet səhifəsində yerləşdirilən bəyanatda qeyd olunur.

Assambleya dəfələrlə hər iki redaktorun digər siyasi məhbus hesab olunan şəxslərlə birgə azadlığa buraxılmasına dair çağırışlar edib.

Həmməruzəçilər bildirib ki, Azərbaycanın bu istiqamətdə atılan hər bir addım Avropa Şurasının siyasi məhbuslardan azad məkan olmaq cəhdinə yaxınlaşdırmağa yardım edir.

Prezident İ. Əliyevin Novruz Bayramı münasibəti ilə imzaladığı yeni əfv sərəncamı ilə 62 məhbus azadlığa buraxılıb.
XS
SM
MD
LG