Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

«Qüds yaşayış məntəqəsi yox, İsrailin paytaxtıdır»


«İsrailin Şərqi Qüdsdə tikinti aparmaq hüququ var. Qüds yaşayış məntəqəsi yox, İsrailin paytaxtıdır». İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsində çıxış edərkən belə deyib.

Baş nazir qeyd edib ki, Qüds - istənilən Fələstin-İsrail sülh danışıqlarında İsrailin bir hissəsi olaraq qalacaq.

Yəhudilərin 3 min il əvvəl Qüdsdə tikdiyini deyən Netanyahu onların indi də tikdiklərini bildirib.

Martın 22-də ABŞ Dövlət katibi Hillari Klinton bildirib ki, İsrailin Şərqi Qüdsdə yaşayış məntəqələri salmaq planları Fələstinlə sülh danışıqlarına əngəl törədir.

Fələstin Şərqi Qüdsə gələcəkdə paytaxtının olmasını istəyir.
XS
SM
MD
LG