Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:14

Novruz şənliyi təxirə salınıb


Özbəkistanda rəsmilərin təşkil etdiyi Novruz bayramı şənlikləri ölkə müstəqillik qazanandan bu yana ilk dəfədir ki, təxirə salınır.

Rəsmilər səbəb kimi pis hava şəraitini göstəriblər. Prezident İslam Kərimovun Daşkənddə parklardan birindən xalqa novruz təbriki çıxışı da təxirə salınıb. 72 yaşlı prezidentin hətta televiziya ilə də təbrik etməməsinə görə onun xəstələnməsi barədə söz-söhbətlər yaradıb.

Özbəkistanın mədəniyyət və idman naziri bayram konsertinin martın 23-də keçirilə biləcəyini deyib. Amma o, prezidentin həmin şənliklərdə olub-olmayacağı haqqında heç bir məlumat verməyib.
XS
SM
MD
LG