Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:08

İraqda səslər yenidən hesablanmayacaq


İraqın Seçki Komissiyası səslərin yenidən hesablanmayacağını açıqlayıb.

Martın 7-də İraqda parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə sabiq Baş nazir Ayad Allavi hazırkı həmkarı Nuri əl-Malikidən irəlidədir.

Səslərin yenidən hesablanmasını İraq prezidenti və Baş nazir tələb edirdi.

Ancaq İraqın Müstəqil Seçki Komissiyasının başçısı Fərəc əl-Heydəri bildirib ki, onlar saxtalaşdırma ilə bağlı ittihamları araşdırıblar və səslərin yenidən hesablanmasına ehtiyac yoxdur.

Parlament seçkilərinin yekun nəticələri martın 26-da açıqlanmalıdır.
XS
SM
MD
LG