Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:36

Martın 21-də ölkə ərazisində 25 cinayət faktı qeydə alınıb


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, martın 21-də respublikanın müxtəlif ərazilərində 4 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib.

Beş yanğın hadisəsi baş verib, nəticədə bir nəfər yanıq xəsarəti alıb.

Polis tərəfindən axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

DİN əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 17 nəfər tutulub.

Gün ərzində qeydə alınan 25 cinayət faktının 15-nin üstü «isti izlərlə» açılıb.
XS
SM
MD
LG