Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 15:20

Yaraqlılar sülh danışıqları aparmaq üçün Kabilə gedib


Əfqanıstanın əsas yaraqlı qruplaşmalarından birinin nümayəndə heyəti sülh danışıqları aparmaq üçün Kabilə səfər edib.

Prezident Həmid Kərzayinin ofisindən bildiriblər ki, «Hezb-i-İslam» qrupu - sabiq baş nazir Qutbuddin Helalın başçılıq etdiyi nümayəndə heyətini göndərib.

Keçmiş baş nazir qruplaşmada ikinci adamdır.

«Hezb-i-İslam» ölkənin şərqi və şimalında NATO və Əfqanıstanın hökumət qüvvələri ilə döyüşüb.

Bu ayın əvvəlində rəsmi Kabil bildirib ki, şimal rayonlarındakı «Hezb-i-İslam» döyüşçüləri hökumətə dəstək verməyə razılaşıblar.
XS
SM
MD
LG