Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:03

«Hakimiyyətlə hesablaşan, amma razılaşmayan partiya»


AzadlıqRadiosunun «İşdən Sonra» proqramında Parlament Həftəsinin qonağı Böyük Quruluş Partiyasının sədri Fazil Mustafadır.

Xədicə İsmayılova:

- Böyük Quruluş Partiyası seçkilərə hazırlaşır deyərkən biz namizəd olacaq neçə adamdan danışırıq?

Fazil Mustafa:

- Əvvəla qeyd edim ki Böyük Quruluş Partiyası bələdiyyə seçkilərində kifayət qədər aktiv iştirak etdi. Çox sayda namizədlə iştirak etdi. 700-ə yaxın namizəd irəli sürdük. 140–ı ayrı–ayrı bələdiyyələrdə təmsilçilik haqqı qazandı. Bələdiyyə seçkiləri ilə eyni vaxtda parlament seçkilərinə də hazırlıq prosesini nəzərdə tutaraq müəyyən işləri öncədən görməyə başladıq. Xüsusilə dislokasiya və yerlərdə təşkilatlanma məsələləri sürətlə getməyə başladı. Hazırda Böyük Quruluş Partiyasının son iki ayda təxminən 8-ə yaxın yeni rayon təşkilatı yarandı. Naxçıvanda iki rayon təşkilatı yarandı. Bu olduqca bizim üçün önəmli idi ki parlament seçkilərindən öncə təşkilatlanmanı yekunlaşdıraraq seçkilərə gedək. Parlament seçkilərinə təkbaşına getməyi fikirləşirik. Çalışırıq ki partiya ən azı televiziyada çıxış imkanı verən qanunvericiliklə müəyyən sayı tamamlayıb, seçkidə namizədlər irəli sürsün. Ən azı 75 namizədin irəli sürülməsindən söhbət gedir ki televiziyadan pulsuz efir vaxtı alaq, partiyamızın fikirlərini, baxışlarını, namizədlərin ayrı – ayrılıqda təbliğatını televiziya vasitəsilə qura bilək. Pulsuz efir vaxtından istifadə etməklə. Hər halda çalışırıq ki bütün seçkidə iştirak edən partiyalar arasında yaxşı nəticələr göstərək. Parlamentdə daha çox təmsilçilik əldə edək.

Xədicə İsmayılova:


- Varmı o qədər adam? Yəni mən sizin partiyanızdan tək sizi tanıyıram.

Fazil Mustafa:

- Təbii, Böyük Quruluş Partiyası bizim üzvlərimizi tanımaya bilərsiniz, siyasətlə məşğul deyilsiniz. Bu yaxınlarda sorğu keçirildi hansı partiyada daha çox elm adamları və daha çox müxtəlif ixtisaslaşmış insanlar var, onda məlum oldu ki, Böyük Quruluş Partiyasının siyasi qurumun içində 17 üzvündən ya elmlər doktoru, ya elmlər namizədi kifayət qədər ciddi mütəxəssislərdir. Orada universitet müəllimləri, kafedra müdirləri, müxtəlif arxitektorlar, müxtəlif hüquqşünaslar təmsil olunur son vaxtlarda da partiyaya kifayət qədər sanballı, cəmiyyətdə tanınan adamlar gəliblər. Məsələn, Azərbaycanda təhsil üzrə ən güclü ekspert Etibar Əliyev bizim partiyadadır.

Xədicə İsmayılova:

- Partiyanızın regionlarda gücü barədə nə deyə bilərsiniz? Partiyanız harada güclüdür, harada zəifdir?

Fazil Mustafa:

- Hesab edirəm ki, regionlarda partiyanın təşkilatlanma işi bizi qane edən səviyyədə deyil. Amma təqribən 46 rayonda Azərbaycan rayonlarının yarıdan çoxunda təşkilatımız var. Təşkilatda da biz say çoxluğu üzərində prinsip qurmuruq. Nizamnamə tələbi üzrə bizdə 25 üzv olan yerlərdə rayon təşkilatı yaratmaq mümkündür. Rayon təşkilatlarında da saylar 30-35 arası daha çox güclü rayon təşkilatlarında 100–ü də keçir. Çox say üzərində çalışmırıq. Əsasən aktiv rol ala biləcək, seçki kompaniyalarında iştirak edə biləcək və bölgədə nüfuzu olan insanları partiyaya cəlb etməyə çalışırıq. Çünki əvvəlki Müsavat, Xalq Cəbhəsi və başqa təşkilatların təşkilatlanma modelində təşkilatlanma bir qədər indi siyasi aktivliyin aşağı olduğu vəziyyətdə çox çətindir. Amma əsas seçilmiş insanlardan ibarət partiya quruculuğu bizim işimizə daha çox uyğundur. Bu baxımdan da ilin sonunda seçkilərə qədər Azərbaycan regionlarının 80 faizə qədərini əhatə edəcəyik.

Xədicə İsmayılova:

- Yəqin ki partiyanızın siyasi spektrdə hansı mövqeyi tutması kifayət qədər vacib məsələdir ki, dinləyiciləri məlumatlandırmalıyıq. Mən, sözün düzü, çətinlik çəkirəm deyəm ki, Böyük Quruluş Partiyası müxalifət partiyasıdır.

Fazil Mustafa:


- Bu anlayışlar Azərbaycanda köhnəlmiş anlayışlar olduğuna görə, dünya görüşləri çevik inkişaf etmədiyinə görə, hansı qüvvələrin hansı ideyalarla çıxış etməsini tezliklə mənimsəmək çətin olur. Ona görə də mən bunu normal qarşılayıram. Böyük Quruluş Partiyası realist müxalifət partiyasıdır. Boğazdan yuxarı böyük – böyük danışıb, gələn il hakimiyyətə gələcəyik, beş aydan sonra hakimiyyətə gələcəyik deyə, irreal vədlər irəli sürməyən, tədricən ölkənin demokratikləşməsini istəyən, hakimiyyətlə biz tezisimizi belə müəyyən etmişik, hesablaşıb amma razılaşmayan. Hesablaşır ona görə ki, hakimiyyət gücdür. Güclə hər hansı şəkildə mən tanımıram, mən qəbul etmirəm deyərək, siyasi sistemdən kənar qalıb, cəmiyyətə hər hansı bir fayda vermək imkanı əldə etməkdən uzaq hərəkət edir, amma bu gücün ədalətsiz olduğunu qəbul edir. Bu gün Azərbaycanda inkişafın, demokratik dəyərlərin olduqca aşağı səviyyədə olduğunu qəbul edərək bunun dəyişməsi uğrunda mübarizə aparır.

Xədicə İsmayılova:


- Yəni siz gücsüzlüyünüzü etiraf edirsiniz.


Fazil Mustafa:

- Təbii bu gün hakimiyyət qarşısında bütün müxalifət partiyaları kimi Böyük Quruluş Partiyası da zəifdir. Bu zəifliyi deməkdən çəkinmək lazım deyil. Kimlərsə deyirsə ki, biz hakimiyyəti qəbul etmirik, hesablaşmırıq, tanımırıq, amma eyni zamanda hakimiyyətin diktə etdiyi bütün proseslərin içində olmağa razılıq verirlər, məcburdurlar. Heç kim imtina edərək hansısa daha kəskin addımlara əl atmır. Böyük Quruluş Partiyası da mitinq keçirdə bilmir, radikal özündən deyən, ən çox elektoratı olan partiyalar küçəyə çıxıb mitinq edə bilmir. Hamının əslində davranış qaydaları, davranış imkanları bərabərdir. Real yollar tapıb bu ölkədə situasiyanı dəyişmək, demokratikləşməyə daha çox yardım göstərmə xəttini tutmaq, bu cəsarəti göstərmək bütün partiyalara xas deyil. Çünki bunu söyləsən elektoratın qarşısına çıxmaqda çətinlik çəkirsən. Elektoratı illüziyayla aparmalısan, deməlisən ki, 6 aya vəziyyət düzələcək, bir ilə vəziyyət düzələcək, amma 18 ildir vəziyyət düzəlmir. Ona görə də biz bu yolu tutmaqdan imtina etdik.

Xədicə İsmayılova:

- Maraqlı mövqedir amma o biri tərəfdən bilmək yaxşı olardı ki, siz neçə ildir bu mövqedəsiniz?

Fazil Mustafa:

- Partiya yaranandan 2003-cü ildə mən hərbi xidmətdən qayıdandan sonra yenidən partiya təşkil etdim, artıq keçmişdə getdiyimiz yolun şərəfli yol olduğunu, doğru yol olduğunu qeyd edərək, amma bu yolun dalana dirəndiyini, bu yolla Azərbaycanda hansısa dəyişikliklərə nail olmayacağımızı bəyan etdik. Bəyan edəndən sonra yeni bir sistem, yeni dünya görüşündə olan, daha siyasiləşməmiş kütlələrin müəyyən mənada simpatiyasını çəkməklə Azərbaycan cəmiyyətini tədricən demokratik yoluna gətirmək xətti tutduq. Bu xətti də açıqca deyirik. Bu gün hakimiyyətlə mübarizə aparırsansa, onu qorxudaraq, çıx get, yerinə mən gəlirəm deyərək, bu olmasa, Azərbaycanda heç bir xətti, heç bir sözü qəbul etmirəm deyərək, o olmasın, bu olmasındakı hey sən çıx qapıdan gələk səni öldürək kimi öldürməyəcəyimiz yaxud kəskin addım atmayacağımız ünvana hədələmək yollu tutmuruq, izah edirik ki, bu üslub Azərbaycan iqtidarını da, Azərbaycan xalqını da, müxalifətini də məhvə doğru aparır.

Xədicə İsmayılova:

- 7 ildir bu mövqedəsiniz, yeddi ildə nəyə nail olmusunuz?


Fazil Mustafa:

- 7 ildə ona nail olmuşuq ki Azərbaycan siyasətində bir az daha açıq danışmaq, problemləri daha açıq göstərmək, iqtidarla müxalifətin arasındakı məsafənin müəyyən olunması, onun hüquq müstəvisinə gəlməsi üçün çalışırıq. Məsələn, parlamentdə siyasi partiyalar haqqında qanun layihəsi təklif etmişik ki parlamentdə iqtidarla müxalifət arasında, parlamentdən kənar müxalifət arasında münasibətlər qaydaya düşsün, hüquq çərçivəsinə düşsün. Müxalifət fəaliyyəti haqqında qanun layihəsi təqdim olunub Müsavat deputat qrupu tərəfindən biz də dəstəkləmişik ki, Qırğızıstanda bu var. Artıq Azərbaycanda münasibətlər sövdələşməyə dayanır, şəxsi münasibətə, yol polisi ilə vətəndaş arasında münasibət, parlamentdə münasibət vergi məmuru ilə sahibkar arasında münasibət, hamısı şəxsi sövdələşməyə dayanır.

Söhbətin ardını BURADAN dinləyin...

XS
SM
MD
LG