Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:18

İraqın seçki komissiyası səsləri yenidən saymağa ehtiyac görmür


İraqın Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılmasıyla bağlı prezident və baş nazirin çağırışlarını qəbul etməyib.

Bunun artıq olduğunu bildiriən komissiyanın nümayəndəsi qeyd edib ki, əgər kimlərsə hansısa məntəqədə nəticələrə şübhə edirsə, onda həmin yerlərdə səslər yenidən sayıla bilər.

Son məlumata görə səslərin 93 faizinin hesablanması göstərir ki, keçmiş baş nazir İyad Ələvinin bloku 8 min səs çoxluğu ilə indiki baş nazir Nuri əl Malikinin blokunu qabaqlayır.

İraqda parlament seçkiləri martın 7-də keçirilib.
XS
SM
MD
LG