Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:29

BMT-nin baş katibi Qəzzə bölməsinə gedib


Yaxın Şərqdə səfərdə olan BMT-nin baş katibi Ban Kİ Mun bu gün İsraildən Qəzzə bölməsinə keçib.

O İsrailin keçirdiyi hərbi əməliyyat nəticəsində şəhərin dağıdılmış məhəllələrindən birində olub, yerli sakinlərə həmrəyliyini bildirib.

İsrail Həmasa görə artıq 3 ilə yaxındır ki, Qəzzə bölməsini blokadada saxlayır.

Hazırda Qəzə bölməsi Həmasın nəzarətindədir.

Ban Ki Mun dünən İsraili Şərqi Qüds və İordan çayının qərb sahilindəki işğal etdiyi ərazilərdə tikinti işlərini dayandırmağa çağırıb.

Həmçinin Birləşmiş Ştatların Yaxın Şərq üzrə elçisi Corc Mitçel bu gün regiona gedir.
XS
SM
MD
LG