Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:35

Qarabağ danışıqlarının həlledici mərhələsindəyik


“Bu gün biz Dağlıq Qarabağ münaqişənin həlliylə bağlı danışıqların həlledici mərhələsindəyik”.

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Novruz şənliyində çıxış edərkən deyib.

Prezident qeyd edib ki, danışıqların əsas hissəsi prinsipcə başa çatıb və təqdim olunan təkliflər bütövlükdə müəyyən kiçik istisnalarla Azərbaycanın maraqlarını, ərazi bütövlüyünü və bütün işğal olunmuş rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını təmin edir.

Prezident hesab edir ki, qarşı tərəf konstruktivlik nümayiş etdirərsə və təklif edilmiş variantla razılaşarsa münaqişənin tezliklə həllinə nail olmaq olar.

İlham Əliyev sonda bir daha bildirib ki,Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların mövzusu olmayıb və olmayacaq da.
XS
SM
MD
LG