Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:54

İki nəfər odlu silahla ehtiyatsız davranmanın qurbanı oldu


Bir gündə iki nəfər odlu silahla ehtiyatsız davranmanın qurbanı olub.

Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yardımlı rayonu Zenqaran kəndinin meşə zolağında kənd sakini Ceyhun Kərimov ehtiyatsızlıq nəticəsində ov tüfəngindən açdığı atəşdən ölüb.

Eyni hadisə Ağsu rayonunun Gəgəli kənd sakini Əlişan Quliyevin də başına gəlib. O, yaşadığı mənzildə ov tüfəngi ilə ehtiyatsız davranıb, nəticədə tüfəngdən açılan güllədən ölüb.

Hər iki faktla əlaqədar araşdırmalar davam edir.
XS
SM
MD
LG