Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 17:05

Müşfiqabad qəsəbəsinin sakini dəm qazından ölüb


Bakının Qaradağ rayonu Müşfiqabad qəsəbəsinin sakini dəm qazından zəhərlənərək ölüb.

Bu barədə APA agentliyi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Müşfiqabad sakini İbrahim İbrahimov martın 19-u saat 7 radələrində evində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.
XS
SM
MD
LG