Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:22

Azərbaycan Sarkisyanın bəyanatını alqışlayıb


Azərbaycan Ermənistan prezidenti Serj Sarkisyanın güc tətbiq etməmək barədə saziş imzalamağa çağırışını alqışlayır.

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatına münasibət bildirərkən deyib.

Amma Elxan Poluxov qeyd edib ki, bu, yalnız həmin təhlükəni yaradan səbəbin aradan qaldırılması, erməni qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasından sonra mümkündür.

Ermənistan bu addımı atdıqdan sonra Azərbaycan belə bir sazişə imza ata bilər- deyə Elxan Poluxov vurğulayıb.

Ermənistan prezidenti Serj Sarkisyan “ Evronnews” televiziya kanalına müsahibəsində Azərbaycanı güc tətbiq etməmək barədə saziş imzalamağa çağırmaq fikrində olduğunu bildirib.
XS
SM
MD
LG