Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Elmar Məmmədyarov Moskvaya səfər edəcək


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə Moskvaya səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun verdiyi məlumata görə, nazir Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.

E.Poluxov deyir ki, E.Məmmədyarovun erməni həmkarı Edvard Nalbandyanla görüşü planlaşdırılmayıb: «Vasitəçilər hələ ki, belə təkliflə çıxış etməyib».

MDB XİN başçıları şurasının iclasında 20-yə yaxın məsələ müzakirə olunacaq. Nazirlər Böyük Vətən Müharibəsində qələbənin 65 illiyinə həsr olunmuş bir sıra sənədləri də müzakirə edəcəklər. /ANS Press/
XS
SM
MD
LG