Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Vəkillikdən çıxarılan apellyasiya şikayəti verib


Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılmış vəkil Həzi Məmmədov Yasamal rayon Məhkəməsinin bu qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

Bu barədə AzadlıqRadiosuna vəkil özü məlumat verib. Yaxın vaxtlarda apellyasiya şikayətinə baxılacaq.

Ötən ay Yasamal rayon Məhkəməsi Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin vəkil Həzi Məmmədovun vəkillik fəaliyyətinə xitam verilməsinə dair iddiasını təmin edib. Kollegiyanın sədri iddiasını vəkilin 88 yaşında olması və səhhətinin vəkillik peşəsi ilə məşğul olmasına yol verməməsi ilə əsaslandırıb.

Vəkilsə iddianı qərəzli, məhkəmə qətnaməsini isə sifarişli hesab edir.
XS
SM
MD
LG