Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Sentyabr, bazar, Bakı vaxtı 14:12

Sarkisyan Azərbaycanı güc tətbiq etməməyə çağırır


Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, Azərbaycanı güc tətbiq etməmək barədə saziş imzalamağa çağırmaq fikrindədir.

O bunu “Evronnews” televiziya kanalına müsahibəsində bildirib.

Sarkisyan deyib ki, bu, Ermənistan və Qarabağda etibarın əsasını qoyar və Azərbaycan hökumətinin münaqişənin sülh yolu ilə həlli mövqeyində olduğunu göstərərdi.

Və məhz bundan sonra biz oturub dettallar üzərində işləyə bilərdik.

O daha sonra qeyd edib ki, dünya ictimaiyyəti bu münaqişəni 3 beynəlxalq hüquq prinsipi əsasında həll etməyi təklif edir; ərazi bütövlüyü , öz müqəddəratını təyin etmə hüququ, və güc tətbiq edilməməsi.

XS
SM
MD
LG