Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:39

«Bu, hökumət evi deyil, mənim evimdir»


«Dövlət ehtiyacı» adı altında vətəndaşın mülkünün əlindən alınması qanunsuzluqdur
«Dövlət ehtiyacı» adı altında vətəndaşın mülkünün əlindən alınması qanunsuzluqdur
- Bu, hökumət evi deyil, mənim öz mülkümdür. Gəlib suyumu kəsiblər. Deyirlər, çıxmalısız, vəssalam.

- Kvadratına 1500 dollar pul verirlər. Bu pula biz harda ev ala bilərik?

- Evi sökmək olar, amma o şərtlə ki, mülkiyyətçini razı salsınlar.

Bakının mərkəzində, Milli Dram Teatrının qarşısındakı ərazidə yaşayan sakinlər mülkiyyət hüququnun pozulmasıyla bağlı bir çox yerlərə üz tutduqlarını deyirlər. İndi bu ərazidə evlərin yarısı sökülüb, yarısı sökülür, sakinlərin əksəriyyəti isə Bakı Şəhər İcra Hakimiyyətiylə kompromisə gedə bilmirlər, çünki onlara evlərinin, mağazalarının sökülməsi qarşılığında az pul ödənildiyini hesab edirlər.

İslam, Demokratiya və İnsan Haqları Mərkəzinin rəhbəri Aytəkin İmranova deyir ki, son illər paytaxtda mülkiyyətçi hüquqlarının pozulması geniş vüsət aldığından tanınmış iqtisadçılar, qeyri-hökumət təşkilatı rəhbərləri məsələyə biganə qala bilməyiblər. Qərara alıblar ki, mülkiyyət hüquqlarının pozulmasıyla birgə mübarizə aparsınlar. «Mülkiyyət müqəddəsdir» adlı İctimai Komitə artıq təsis edilib. Aytəkin İmranova:

MƏSƏLƏNİ KÖKÜNDƏN HƏLL ETMƏK LAZIMDIR

- Biz bizə müraciət olunan şikayətləri araşdırmaqda çətinlik çəkirik, başqaları da elə. Təkcə Füzuli meydanında söküntüylə bağlı 300-dən çox adam müraciət eləyib. Ona görə də məsələni kökündən həll etmək lazımdır.

İctimai Komitəyə qoşulan hüquqşünas Fuad Ağayev isə deyir ki, mülkiyyət hüquqlarıyla bağlı qanunvericilik düzgün tətbiq olunmağından vətəndaşlar ciddi problemlərlə üzləşməli olurlar:

Aytəkin İmranova
- Xüsusilə son illər Bakıda qanunsuzluq baş alıb gedir. Vətəndaşlara qarşı zor tətbiq edilir. Şəmsi Bədəlbəyli, Füzuli küçələri arasında evlərin, mağazaların sökülməsi prosesi gedir. Xutorda camaatın kütləvi köçürülməsi olmuşdu. Yəni mülkiyyət hüququna xitam verilmədən bu hallar ciddi qanun pozuntusudur.

Aytəkin İmranova deyir ki, İctimai Komitə həm mülki hüququ pozulmuş şəxslərə hüquqi yardım göstərəcək, həm də bu sahədə tədqiqatlar aparacaq. Onun fikrincə, yaranan hərakat indiyə kimi mülki hüquq pozuntularıyla bağlı keçirilən aksiyalardan fərqi olacaq və bu sahədə dönüş etməyə, pozulmuş haqların bərpasına çalışacaq.

Aytəkin İmranovanın sözlərinə görə, bir çox hallarda məmurlar qanunvericiliyin verdiyi imkanlardan sui-istifafə edib dövlət ehtiyacı adı altında vətəndaşların mülkünü əlindən alırlar:

«DÖVLƏT EHTİYACI» KABUSU

- Necə gəldi, «dövlət ehtiyacı» adı altında vətəndaşın mülkünün əlindən alınması qanunsuzluqdur.

Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova isə deyir ki, «Mülkiyyət müqəddəsdir» İctimai Komitəsinin suallarına onların hüquqşünasları, mütəxəssisləri cavab verə bilərlər:

- Yəqin ki, hardasa Bakı Şəhər İcra Hakimiyyətinin qərarıyla iş görülürsə, buna mütəxəssislər, hüquqşünaslar qərar verir. Onların da sualları varsa, bizə müraciət etsinlər, mütəxəssislərimiz cavab versinlər.

Qız qalasının yanı
Qız qalasının yanında, Nərimanov 95 ünvanında həm mənzili, həm də mağazası olan Qurban Əliyev isə mülkiyyət hüquqlarının qorunmasıyla bağlı onlara ictimai dəstək verildiyini biləndə çox sevinib:

HÖKUMƏTİN VERDİYİ PUL HEÇ TƏMİRƏ QOYDUĞUM PULU ELƏMİR

- Qəzetdə oxudum. Hələ o vaxt Fəhlə prospektində evlər söküləndə hesab eləyirdim ki, bu cür təşkilat yaratmaq lazımdır, mülkiyyət hüququnun müdafiəsinə hamının ehtiyacı var. Mən onlarla əlaqə yaratmaq istəyirəm, komitənin işində yaxından iştirak edəcəm.

Qurban Əliyevin əmlakı «bina qəzalıdır» səbəbiylə onunla heç bir razılıq olmadan yerlə-yeksan edilib. Yeri hökumət onun obyektinin kvadratına 2500 dollar təklif edib, Qurban Əliyev isə bununla razılaşmayıb:

- İki il əvvəl məndən bu obyekti 1 milyon 500 min dollara istədilər, satmadım. İndi 1 milyon dollar desəm, göydə alardılar. Yaxınlıqda 27 kvm-lik bir sahəni sahibi 700 minə satdı. Hökumətin verdiyi pul heç təmirə qoyduğum pulu eləmir.

«Mülkiyyət müqəddəsdir» İctimai Komitəsi isə təkcə Bakıda yox, ölkənin hər bir yerində mülkiyyət hüququ pozulmuş vətəndaşların haqlarını müdafiə etməyi hədəf seçib.
XS
SM
MD
LG