Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 06:54

QHT-lərə Dövlət Dəstəyi Şurasına 8 təşkilat narazılığını bildirib


QHT-lərə Dövlət Dəstəyi Şurasına indiyə qədər müsabiqənin nəticələri ilə bağlı 8 apelyasiya müraciəti daxil olub.

Bu barədə AzadlıqRadiosuna Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verib. Onun dediyinə görə, apelyasiya müraciətlərinə bayram günlərindən sonra baxılacaq.

Müsabiqənin nəticələrilə bağlı apelyasiya müraciətləri 19 marta qədər qəbul edilir. Müraciətləri Şuranın müvafiq komissiyası qəbul edir.

QHT-lərə Dövlət Dəstəyi Şurası martın 15-də 2010-cu il 1-ci maliyyə yardımı müsabiqəsinin qalibi olan 199 təşkilatın adını açıqlayıb. Bu təşkilatların təqdim etdiyi layihələrə ümumilikdə 1 milyon 155 min manat maliyyə vəsaiti ayrılıb.

Maliyyə yardımı ayrılmış QHT-lər müqavilə bağlamaq üçün bayram günləri istisna olmaqla aprelin 1-dək Şuranın katibliyinə müraciət etməlidirlər.

Şura xəbərdarlıq edir ki, bu müddətə qədər katibliyə müraciət olunmaması ayrılmış maliyyə vəsaitindən imtina kimi qəbul olunacaq.

XS
SM
MD
LG