Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:46

Dövlət Neft Şirkəti müsabiqə elan edib


Dövlət Neft Şirkəti yeni inzibati binasının tikintisi üzrə açıq müsabiqə elan edib.


Müsabiqənin şərtlərində deyilir ki, keçirilən açıq müsabiqənin iştirakçıları yerli və xarici bazarda nüfuza, metal-konstruksiya işləri sahəsində müasir dünya standartlarına cavab verən işçi heyətinə, avadanlıqlara və müasir hündürmərtəbəli binaların tikilməsi sahəsində böyük təcrübəyə malik olmalıdırlar.

Bu barədə məlumat şirkətin internet səhifəsində yerləşdirilib.

Dövlət Neft Şirkəti hələ 2008-ci ildə özünə yeni inzibati bina tikmək istəyirdi. Amma həmin vaxt neftin ucuzlaşması bu planların reallaşmasına imkan verməmişdi. İndi neftin qiyməti 80 dolları keçib. ARDNŞ çoxmilyonluq layihəni bərpa edir. Şirkətin yeni inzibatı binası üçün Heydər Əliyev prospektində torpaq sahəsi də ayrılıb.

XS
SM
MD
LG