Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 22:29

Barəsində 12 illik həbs cəzası tələb olunan «qanuni oğru» azadlığa buraxıldı


Martın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kriminal aləmdə «Rövşən Lənkəranski» ləqəbi ilə tanınan Rövşən Canıyevin məhkəməsi başa çatıb. Məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib. Onun istintaq müddətində həbsdə olduğu və kəsilən cəza müddətinin başa çatdığı nəzərə alınaraq məhkəmə zalından azadlığa buraxılıb.

Rövşən Caniyev 10 il əvvəl Bakıdakı dənizkənarı parkın Hökumət evi ilə üzbəüz hissəsində tanışı Kəramət Məmmədovu odlu silahla yaralamaqda təqsirləndirilirdi.
10 illik axtarışdan sonra Kiyevdə həbs olunaraq Azərbaycana gətirilən və mühakimə olunan Rövşən Canıyevə prokuror məhkəmədən 12 il müddətinə həbs cəzası verilməsini istəmişdi.

«Rövşən Lənkəranski» Qafqazın nüfuzlu «qanuni oğru»larından sayılır. O, tutulub Azərbaycana ekstradisiya olunanadək də Ukraynada bir dəfə həbsdə olub.
XS
SM
MD
LG