Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:32

İranda azərbaycanlı fəallar aclıq aksiyası keçirirlər


Rahim Qulami, Vadut Sadati, Bəhruz Əlizadə və Əli Abbasi
İranın Ərdəbil həbsxanasında dörd azərbaycanlı fəal - Bəhruz Əlizadə, Vadut Sadati, Rahim Qulami və Əli Abbasi aclıq aksiyasını davam etdirirlər.

Onların aksiyaya martın 13-dən başladığı bildirilir.

Məlumatı Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının üzvü, hüquq müdafiəçisi Yaşar Həkkakpur yayıb.

Aclıq aksiyasının onların hüquqlarının pozulmasıyla bağlı olduğu bildirilir. Fəallar telefon əlaqəsinin olmamasına və başlarının keçəl qırxılmasına etiraz edirlər.

«Bir müddət isə həmin məhbusların saxlandığı kameraya ağır cinayətlər törətmiş məhbuslar salınıb və həmin məhbuslar azərbaycanlı faəlları bir neçə dəfə döyüblər», – deyə məlumatda daha sonra bildirilir.

Azərbaycanlı fəallardan üçü İran rejimi əleyhinə təbliğat aparma ittihamıyla ötən ilin oktyabrında bir il azadlıqdan məhrum edilib.

Əli Abbasi isə Azərbaycan Respublikasının xeyrinə casusluq ittihamıyla 2006-cı ildən Ərdəbil həbsxanasındadır. O, Azərbaycana səfərindən sonra həbs edilib.
XS
SM
MD
LG