Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Moskvayla Vaşinqton razılaşmaya yaxındırlar


Vaşinqtonla Moskva strateji hücum silahları barədə yeni müqaviləylə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş edirlər və tezliklə yekun razılaşmaya nail olacaqlar.

Bunu bu gün Moskvada Rusiyanın xarici işlər naziri ilə görüşmüş Birləşmiş Ştatların Dövlət Katibi Hillari Klinton deyib.

Öz növbəsində Seryey Lavrov tərəflərin yekun razılaşmaya yaxın olduqlarını bildirib.

Hillari Klinton sabah Rusiya prezidenti Dimitri Medvedevlə görüşməlidir.

Onun həmçinin Yaxın Şərq Sülh prosesinə vasitəçilik edən ölkələrin rəsmiləriylə görüşü nəzərdə tutulub.
XS
SM
MD
LG