2011-ci ildə Nabucco qaz kəmərinin cənub qolunun tikintisinə, 2014-cü ildə isə qazın nəqlinə başlamaq nəzərdə tutulub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu kəmərin çəkilişi ilə bağlı beynəlxalq konsorsiumun icraçı direktoru Reynhard Mitçke
Ankarada jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq bu il kəmərin tikintisinin maliyyələşdirilməsi və qazla doldurulması ilə bağlı addımlar atılacaq.
Layihənin digər iştirakçısı - Avstriyanın OMV şirkətinin rəhbəri Verner Auli isə Azərbaycan, Türkmənistan və İraqın kəmərin potensial təhcizatçıları olduqlarını bildirib və qeyd edib ki, uzaq gələcəkdə İranda bu layihəyə qoşula bilər.
Qeyd edək ki, Avropanı qazla təmin edəcək bu kəmər Rusiyadan yan keçir.