Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:33

Bakıya qar yağır


Martın 18-də günün ikinci yarısından başlayaraq Azərbaycanın bütün ərazisində qar və sulu qar yağmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən verilən məlumata görə, havanın belə soyumasına Mərkəzi Rusiyadan sürətlə hərəkət edən soyuq hava kütləsi səbəb olub.

İndi Bakıda üç dərəcə istilik var. Yağmurlu hava şəraiti martın 19-u gündüz saatlarına qədər davam edəcək. Sabah havanın temperaturu 7 dərəcəyə yaxın olacaq. Bayram günləri martın 20-21-də ölkə ərazisində dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti olacaq. Gecə saatlarında ölkənin şərq rayonlarında duman və çiskin olacağı gözlənilir.

Əsl yaz havasının isə martın 22-dən sonra müşahidə olunacağı gözlənilir.
XS
SM
MD
LG