Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:26

Müxalifət yenilənmiş Madrid prinsiplərinə etiraz edir


Martın 18-də ADP qərargahında Ümid, ADP, AMİP, AXCP, Liberal, Vətəndaş və İnkişaf partiyalarının keçirdiyi Qarabağ forumunun sonunda Madrid prinsiplərinin yenilənmiş variantı ilə bağlı etiraz bəyanatı qəbul edilib.

Bəyanatda Madrid prinsiplərində Dağlıq Qarabağın yekun statusunun münaqişədən əvvəl həmin ərazidə yaşamış insanlar arasında keçiriləcək referendum vasitəsilə müəyyənləşməsi ilə bağlı açıqlama milli maraqlara zidd mövqe kimi dəyərləndirilir.

Bəyanatda deyilir ki, ölkə Konstitusiyası Azərbaycanın ayrılıqda götürülmüş bir ərazisində referendum keçirilməsini qadağan edir və BMT-nin işğal haqqında qətnaməsinin tələblərinə görə, işğalçı tərəf hər hansı bir şəkildə işğalın nəticələrindən bəhrələnə bilməz.

XS
SM
MD
LG