Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:51

"Ah, birdən onun dabanı, onun dabanı..."


Futbolçuların şairləri ilhama gətirməsi nadir hadisədir. Amma ingilis futbol ulduzu Devid Bekhemin zədələnməsi Britaniyanın tanınmış şairlərindən olan Kerol Ən Daffiyə elə təsir edib ki, öz kədərini son şeirində ifadə edib. (Asoşieytid Press)

İngiltərə yığmasının keçmiş kapitanı ötən bazar günü keçirilən oyunda öz Axilles vətərini zədələyib.

Zədə o qədər ciddidir ki, 34 yaşlı futbolçunun karyerasını bitirməsinin mümkünlüyündən də danışanlar var.

Amma bir şey dəqiqdir ki, Bekhemin cərrahiyyə əməliyyatından sonra reabilitasiya dövrü uzun çəkəcək və İngiltərə yığması bu ilin yayında Cənubi Afrikada keçiriləcək dünya çempionatında onun köməyindən bəhrələnə bilməyəcək.

Daffi öz şeirində Bekhemi antik yunan qəhrəmanı Axilleslə müqayisə edir. Rəvayətə görə, Axilles möcüzəvi qüvvəyə malik idi. Yunan qəhrəmanı demək olar ki, məğlubedilməz idi, onu yalnız dabanından vurmaq mümkün idi.

Şeirdə Bekhemin “Spice girl” qrupunun keçmiş üzvü Viktoriya ilə evliliyinə və geyim seçimində incə zövqünə də işarə var.

Şair Bekhemin oyununu da təsvir edir: “Onun top üstündəki sehrli ayağı...”, daha sonra kulminasiya nöqtəsi gəlir: “Ah, birdən onun dabanı, onun dabanı, onun dabanı...”

Daffi BBC-yə deyib ki, Bekhemin onu ilhama gətirməsi təsadüfi deyil, çünki, “o, populyarlığına görə, az qala mifik bir fiqurdur”.

Daffi özü də futbol fanatıdır. O deyib ki, Bekhemin zədəli görüntülərini görəndə göz yaşlarını saxlaya bilməyib.

Kerol Ən Daffi
54 yaşlı Daffi Britaniyanın ən çox oxunan şairlərindəndir. Onun yaradıcılığında qədim şeir növü olan sonetlə modern üslub, incə yumor və ictimai şərhlər vəhdət təşkil edir.

Onu keçən il Britaniyanın xalq şairi təyin ediblər. O 400 ildə bu vəzifəyə təyin edilən ilk qadındır. Əvvəllər bu vəzifəni Uilyam Vordsvort, Alfred Lord Tennison kimi məşhur şairlər də tutub.

Amma Daffi deyib ki, əgər ilhama gəlməsə, kral ailəsinin toyları, ad günləri və başqa dövlət mərasimləri haqda şeir yazmayacaq.

İndiyəcən o, dövlət əhəmiyyətli mövzulardan - yalnız 1-ci dünya müharibəsinin son britaniyalı veteranının vəfatı və britaniyalı millət vəkillərinin israfçılığı ilə bağlı qalmaqala şeir həsr edib.

Daffinin Britaniyanın xalq şairi postuna namizədliyini Mədəniyyət, Media və İdman Departamenti irəli sürmüşdü, kraliça Yelizaveta təsdiqləmişdi.

Bu posta hər 10 ildən bir təyinat olur. Yalnız əsərləri milli səviyyədə mühümlük kəsb edən şairlər bu şərəfə nail olur.

Bukingem Srayaı deyir ki, bu, qədim Yunanıstanda ən ünlü şairlərin mükafatlandırılması ənənəsinə əsaslanır.

Daffi şair və dramaturq olaraq indiyəcən bir çox ədəbi mükafatlara layiq görülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG