Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:41

«Media forum» saytına haker hücumu


Martın 17-də və 18-də «Media forum» saytına kəskin haker hücumu olub. Nəticədə saytda bir sıra problemlər yaranıb, saytın strukturuna və materiallara müdaxilələr edilib. Sayt bölmələrinin ana səhifəsinin sağ küncündəki düzümü dəyişdirilib, «Müzakirə» adlı qara rəngdə naməlum bölmə yaradılıb.

Bu haqda AzadlıqRadiosuna «Media forum» saytının redaktoru Azər Qaraçənli məlumat verib. O deyir ki, martın 18-də günorta saatlarında saytın əsas hissəsi olan «Xəbərlər» bölməsi tamamilə dağıdılıb. Nəticədə «Media forum» saytının «Xəbərlər» bölməsi tamamilə yoxa çıxıb, bir müddət bu bölməyə material yerləşdirmək, bölmənin arxivinə daxil olmaq mümkün olmayıb:

«Hazırda haker hücumunun qarşısını almaq üçün təcili tədbirlər görülür. Saat 15:30 radələrində «Xəbərlər» bölməsi bərpa edilib, bundan bir qədər əvvəl isə «Müzakirə» adlı qara rəngli naməlum bölmə götürülüb. Bir sıra problemlər qalmaqdadır, onların həllinə cəhdlər göstərilir».

XS
SM
MD
LG