Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 23:30

Hillari Klinton Moskvadadır


ABŞ Dövlət katibi Hillari Klinton Moskvada səfərdədir. Martın 18-də onun Rusiya XİN Sergey Lavrov, martın 19-da isə prezident Dmitri Medvedevlə görüşləri planlaşdırılıb.

Görüşlərdə Rusiya-ABŞ arasında nüvə silahlarının azaldılmasına dair yeni müqavilə, İranın nüvə məsələsi və Yaxın Şərqdə sülh danışıqları müzakirə ediləcək.

ABŞ Dövlət katibi sabah həm də Yaxın Şərq dördlüyünün iclasına qatılacaq, regiondakı vəziyyət müzakirə olunacaq. Dördlüyə Rusiya, Avropa Birliyi, ABŞ və BMT daxildir.
XS
SM
MD
LG