Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:43

Azərbaycan əsgəri cəbhə xətində yaralanıb


Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb.

APA-nın məlumatına görə, erməni birləşmələri saat 18 radələrində Ağdamın işğal altında olan Baş Qərvənd kəndi istiqamətində Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutmağa başlayıb.

Nəticədə Azərbaycan Ordusunun əsgəri Əliyev Mustafa Aslan oğlu çiynindən güllə yarası alıb.

O hospitala götürülüb, vəziyyəti orta ağırdır.

Mustafa Əliyev Salyan Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG