Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

XİN-i Nalbandyanın bəyanatına münasibət bildirib


Azərbaycanla Ermənistana eyni sənəd təklif olunub və yanlışlıqdan söhbət də gedə bilməz.

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Azərbaycanın mövqei ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Nalbandyan bu günlərdə Parisdə vasitəçilərlə görüşərkən deyib ki, Azərbaycan tərəfi danışıqların mahiyyəti və məzmunu barədə ictimaiyyətə yanlış məlumatlar verir.

Elxan Poluxov deyib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıq-aydın bəyan edib ki, Azərbaycan tərəfi Madrid prinsiplərinin yenilənmiş variantını bəzi istisnalarla qəbul edir və əgər Ermənistan da eyni sənədi qəbul edirsə, qoy bunu açıq bəyan etsin.

O ki qaldı Nalbandyanın “Dağlıq Qarabağ rejimi danışıqlar prosesinə qoşulmasa, münaqişənin həlli mümkün deyil” fikirlərinə Elxan Poluxov deyib ki,

Azərbaycan müəyyən mərhələdə Dağlıq Qarabağın hər iki icmasının danışıqlar prosesində iştirakının mümkünlüyünü dəfələrlə istisna etməyib, amma bu ilkin addımlardan sonra mümkün ola bilər – deyə E.Poluxov qeyd edib.



XS
SM
MD
LG