Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Ağdamda istixanalar tikilir


Fermerlər üçün inşa olunan istixanalar BMT–nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən inşa edilir.

Bu bardə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının proqram rəhbəri Oqtay Gülmalıyev bildirib. Onun sözlərinə görə, layihənin məqsədi Ağdamda məskunlaşan məcburi köçkünlərin məşğulluq probleminin yaxşılaşdırılmasıdır. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının və Azərbaycan hökumətinin maddi dəstəyi ilə həyata keçirilir. Bu günədək Ağdam ərazisində pilot layihə kimi 60 istixana quraşdırılıb. Bir istixananın qurulmasına 500 manat xərclənir.

2009-cu ildə başlayan layihənin 2012-ci ilin iyun ayında başa çatması nəzərdə tutulub.
XS
SM
MD
LG