Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:20

Tailand müxalifətçiləri «qanlı etirazı» keçirib


Tailanda nümayişçilər etiraz əlaməti olaraq qanları olan butulkaları Baş nazirin evinin çölündə boşaldıblar.

Nümayişçilər əsasən 2006-cı ildə devrilən sabiq baş nazir Taksin Şinavatranın tərəfdarlarından ibarətdir.

Onlar hazırkı Baş nazir Abxisit Vetçaçivanın hökumətinin qanunsuz olduğunu deyir və erkən seçkilərin keçirilməsinə çağırır.

Etirazçılar «qanlı etirazı» baş nazirin ofisi və partiyasının qərargahı qarşısında da keçiriblər.

Polis bu gün nümayişçiləri əvvəl nazirin evinə yaxınlaşmağa qoymasa da, sonradan danışıqlardan sonra bir neçəsinə «qanlı etirazı» həyata keçirməyə icazə verib.

Baş nazir və onun həyat yoldaşı bu həftənin əvvəlindən öz evindən hərbi bazaya köçüb.
XS
SM
MD
LG