Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Dostoyevskinin “Karamazov qardaşları” romanı Azərbaycan dilində


“Mütərcim” nəşriyyatı Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Telman Vəlixanlı tərəfindən dilimizə ilk dəfə çevrilmiş F.M.Dostoyevskinin “Karamazov qardaşları” romanını 2 cilddə, nəfis şəkildə çap edib.

Tərcümənin məsləhətçisi, tanınmış dostoyevskişünas-alim, filologiya elmləri doktoru, professor Məmməd Qocayev, redaktoru pedaqoji elmlər namizədi, dosent Akif Məmmədovdur.

"Karamazov qardaşları" Dostoyevskinin çah əsəri sayılır. Əsər üç qardaş - Karamazov qardaşlarının atalarının yanına - Skotopriqonyevskə gəlmələri ilə başlanır. Əxlaqsız, həyatda heç bir prinsipi olmayan qoca Fyodor Karamazov o dövrkü rus cəmiyyətinin əsrlərlə oturuşmuş köhnə feadal quruluşunun rəmzidir. O oğullarının həyatında bir maneəyə çevrilib, hətta oğullarından birinin - Dmitrinin sevdiyi qıza - Qruşenkaya aşiq olub...

Nəşriyyat rus nasirinin əsərlərindən ibarət daha bir kitabı – professor Məmməd Qocayev tərəfindən azərbaycancaya ilk dəfə çevrilmiş iki povest və bir hekayənin (“Gizlindən qeydlər”, “Gülməli adamın yuxusu” və “Paxla”) daxil olduğu “Əsərlər”i də çapa hazırlayır.

"525-ci qəzet"
XS
SM
MD
LG