Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:13

YAP seçkilərlə bağlı planlarını açıqlayıb


Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkisi ilə bağlı ilkin planlarını açıqlayıb. YAP seçki koalisiyası yaratmadığından seçkilərdə digər partiyaların namizədlərini müdafiə etməyək.

YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın saytına belə deyib. O, əlavə edib ki, «seçkilərdə təkbaşına iştirak etməyimiz üçün kifayət qədər potensialımız və namizədlərimiz var».

M. Qurbanlının sözlərinə görə, onlar yalnız YAP-ın platformasını müdafiə edən və prezident İlham Əliyevin siyasətini dəstəkləyən partiyalarla əməkdaşlıq edirlər. O, qeyd edib ki, seçki kampaniyasına rəsmi start verilməsə də, partiya seçkilərə indi də hazırdır.

Azərbaycanda parlament seçkilərinin bu ilin payızında keçiriləcək.
XS
SM
MD
LG