Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Bakıda Beynəlxalq Novruz festivalı keçirilir


Festival martın 22-nə kimi davam edəcək. Məqsəd dünya gənclərini Azərbaycanın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, Azərbaycanı dünya gənclərinə tanıtmaqdır.

Layihədə dünya ölkələrindən olan 30 əcnəbi gəncin iştirakı gözlənilir. Onlar Azərbaycanın tarixi abidələrinə səfərlər edəcək, Bakıda təşkil ediləcək bayram tədbirlərinə qoşulacaq, həmçinin ailələrdə Novruz axşamını qeyd etmək imkanı əldə edəcəklər.

Tədbirin təşkilatçısı Gənclər və İdman Nazirliyi və Avropa Tələbələr Forumu- Bakı ictimai birliyidir.
XS
SM
MD
LG