Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:20

Gürcülərin AB ölkələrinə viza almaq prosedurları sadələşir


Avropa Birliyinin prezidenti martın 16-da bəyan edib ki, Gürcüstan vətəndaşlarına birlik ölkələrinə viza verilməsinin sadələşdirilməsi barədə razılaşma iyun ayında imzalana bilər. Bu barədə prezident Herman Van Rompuy Brüsseldə Gürcüstanın Baş naziri Nika Gilauri ilə görüşdən sonra bildirib.

Van Rompuy həmçinin bildirib ki, Avropa Birliyi Gürcüstanda azad ticarət zonasının yaradılmasına imkan verəcək Assosiasiya Razılaşması imzalanması üçün də danışıqlara başlanmalıdır.

Viza sahəsində razılaşmada Avropa Birliyi ölkələrində qanunsuz yaşayan gürücülərin ölkələrinə geri qaytarılması da əksini tapır.

Razılaşma həmçinin Gürcüstan vətəndaşlarına viza verilməsi prosesudurlarının sürətləndirilməsini, vizaya görə rüsumun 60 avrodan 35 avroya endirilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG