Britaniya alimləri daha bir pyesin dahi ingilis dramaturqu Vilyam Şekspirə məxsus olduğu qənaətinə gəliblər.
BBC-nin məlumatına görə, təxminən 300 il əvvəl tapılan “İkiqat yalan” adlı pyesin kimə məxsusluğu indiyəcən mübahisə obyekti idi.
Notingem Universitetinin mütəxəssiləri bildirir ki, onların əsərlə bağlı apardığı xüsusi araşdırma nəticəsində pyesin Şekspirin üslubuna aid olduğu aşkarlanıb.
Amma eyni zamanda onlar Şekspirin bu əsəri başqa bir müəlliflə - dramaturq Con Fletçerlə birgə yazdığı qənaətinə gəliblər.
Məlumdur ki, Şekspir Fletçerlə daha iki əsərin yazılmasında əməkdaşlıq edib.
Universitetin alimi Brin Hammond deyib ki, bu qeyri-adi bir hal deyil, o dövrdə səhnə əsərlərinin azı yarısının bir müəllifi yox, həmmüəllifləri olurdu.
Alimlər əmindirlər ki, “İkiqat yalan”ın böyük hissəsi - 1-ci, 2-ci hissələri, eləcə də 3-cü hissənin ilk pərdələri Şekspir üslubundadır.