Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 01:46

Şimal Axını pul tapıb, tikinti başlayır


Rusiyadan Avropaya qaz nəql etmək üçün tikilməsi nəzərdə tutulan Şimal Axını kəmər layihəsinin rəhbərliyi tikitni üçün pul tapdığını bildirib. Layihənin rəhbərliyindən verilən məlumata görə 26 bank kəmərin tikitnisinə 5.9 milyard dollar pul ayırmağa hazır olduğunu bildirib.

Konsorsium kəmərin tikintisinin birinci fazası üçün maliyyənin artıq mövcud olduğunu bildirib.

Baltik dənizinin altı ilə Rusiyadan Almaniyaya çəkiləcək bu qaz kəmərinin ümumi dəyəri təxminən 10 milyard dollar olacaq.

Tikinti işlərinə aprel ayından başlanması planlaşdırılır. Xərclərin 30 faizini də konspsriumun payçıları – Rusiyanın Qazprom, Almaniyanın Wintershall Holding and E.ON Ruhrgas və Hollandiyanın N.V. Nederlandse Gasunie şirkəti öz üzərinə götürüb.
XS
SM
MD
LG