Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:37

Gəncədə bələdiyyə mövzusunda seminar-müşavirə keçirilib


Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi mövzusunda Gəncədə seminar-müşavirə keçirilib.

Respublika Ədliyyə Nazirliynin və Baş Prokurorluğun nəzdində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin nümayəndələrinin də qatıldığı seminar-müşavirənin işində Qərb bölgəsinin 12 rayon bələdiyyələrinin təmsilçiləri iştirak ediblər.

Müaşavirədə qeyd olunub ki, bələdiyyələrin fəaliyyətində bir sıra inzibati və qanun pozuntuları müşahidə olunub. Belə ki, yalnız ötən il respublika üzrə 626 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub, 5000 hektara yaxın torpaq sahəsi məhz yerli özünüidarəetmə orqanları tərəfindən qanunsuz olaraq paylanılıb.

Son 3 ildə, yəni 2007-2009-cu illər ərzində bələdiyyə sistemində işləyən 69 şəxs 53 cinayət işi üzrə bu və ya digər dərəcədə məhkum olunub. Onlardan 37 şəxs mənimsəmə, 6 şəxs rüşvət, 12 şəxs vəzifədən sui-istifadə, 6 şəxs vəzifə səlahiyyətlərini aşma, 4 şəxs dələduzluq, 3 şəxs qanunsuz torpaq sahələrinin satlıması üzrə məsulyyətə cəlb olunublar.

Bu dövrdə cinayətə görə cəza alanların 45 nəfəri bələdiyyə sədri, 6 nəfəri isə müavinlərdir.
XS
SM
MD
LG