Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Gəncədə yüksəkgərginlikli elektrik xəttlərinin altında tikilən 357 ev aşkarlanıb


Bir həftədir ki, fəaliyyətə başlayan komissiya martın sonuna kimi Gəncədə yüksəkgərginlikli elektrik naqillərinin altında olan tikililərin siyahısını müəyyənləşdirəcək.

Bu barədə məlumatı Gəncə Yüksəkgərginlikli Elektrik Şəbəkəsinin rəis müavini Elmar Həsənov verib. Bildirib ki, martın 11-ə kimi Gəncədə 35 və 110 kilovoltluq elektrik naqillərinin altında 357 tikili aşkarlanıb ki, onların da 60 faizinin bütün sənədləri qaydasında olub.

O deyib ki, komissiya əsasən şəhərin Muxtar Hacıyev, Sadıllı, Ruzigar Qasımov küçələri və Avtozavod qəsəbəsinə gedən yolda yerləşən yüksəkgərginlikli elektrik naqillərinin altında olan tikililəri qeydiyata alıb.

Komissiya martın sonuna kimi fəaliyyət göstərəcək. E.Həsənovun bildirdiyinə görə, texniki standartlara görə 35 kilovoltluq elektrik xətlərindən 15 metr ətrafda heç bir tikili olmamalıdır. Bu göstərici 110 kilovoltluqlarda 20, 220 kilovoltluqlarda 25, 330 kilovoltluqlarda 30 metr məsafə təşkil etməlidir.
XS
SM
MD
LG