Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 01:22

Əfqanıstan öz ərazisindən başqa ölkələrin qarşıdurmasında istifadə olunmasını istəmirlər


Əfqanıstan hökumətinin məlumatına görə prezident Həmid Kərzayi ABŞ prezidenti Barak Obama ilə video telefon konfransında Talibanla danışıqların perspektivlərini müzakirə edib. Bazar ertəsi keçirilən müzakirədə qərara gəlinib ki, Əfqanıstan və beynəlxalq ictimaiyyət Talibanla danışıqlar məsələsində eyni mövqedən çıxış etməlidir.

Prezidentlər regional əməkdaşlıq və Əfqanıstanda korrupsiya əleyhinə tədbirləri və sentyabrda keçirilməsi planlaşdırıloan parlament seçkisini də müzakirə ediblər.

Rəsmi məlumata görə Kərzayi həmçinin bildirirb ki, əfqanlar öz ərazilərindən başqa dövlətlər – Hindistanla Pakistan, yaxud ABŞ-la İran arasında qarşıdurmalar üçün istifadə edilməsini istəmirlər.
XS
SM
MD
LG